Pley-off mərhələsində argentinalı 6 qol vurub və 9 məhsuldar ötürmə edib ki, bu da liqa rekordudur.

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi Florida klubunun qazandığı MLS Kubokunda ən yaxşı oyunçu seçilib.

Matc.az xəbər verir ki, pley-off mərhələsində argentinalı 6 qol vurub və 9 məhsuldar ötürmə edib ki, bu da liqa rekordudur.

"İnter Mayami"nin "Vankuver"ə qarşı qazandığı final matçında isə Messi 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Messi 2023-cü ildən "İnter Mayami"də oynayır və ötən mövsüm klubla MLS-in müntəzəm mövsümünü və ondan əvvəl Liqa Kubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest