"Barselona" "Ayntraxt" ilə Çempionlar Liqası oyunu üçün "Kamp Nou" stadionunun mavi və qırmızı rənglərlə bəzədilməsinə qərar verib və bilet nəzarətini gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri məlumat yayıb.

Klub artıq üzvlərinin biletlərinin Almaniya komandasının azarkeşlərinə saxta şəkildə köçürülməsi ilə bağlı ehtimal olunan 300 faktı müəyyən edib. "Barselona" dərhal olaraq biletləri ləğv edib və azarkeşlərlə əlaqə saxlayaraq, yenidən satış təsdiqlənərsə, işin intizam komitəsinə göndəriləcəyini və müvafiq tədbirlərin görüləcəyini, o cümlədən klub üzvlüyünün ləğv ediləcəyi bildirib.

"Barselona" 2021-22 mövsümünün Avropa Liqası matçında baş verən vəziyyətin təkrarlanmasını istəmir. O zaman tribunada təxminən 30.000 rəqib azarkeş mavi və qırmızıdan daha çox ağ rəngdə görünürdü.

Qeyd edək ki, "Barselona" UEFA Çempionlar Liqasının Liqa mərhələsində Frankfurt klubu ilə dekabrın 9-da üz-üzə gələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest