29 Noyabr 2024, 11:18
FUTBOL
Erik-Maksim Çoupo-Motinq azad agent kimi “Nyu York Red Bullz”a keçəcək. Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu MLS klubu ilə ən azı iki illik müqavilə imzalayacaq.
Kamerunlu artıq tibbi müayinədən keçib və 2025-ci ilin yanvarından “Red Bullz”da çıxış edəcək. Bu transferdə “Red Bull” sisteminin texniki direktoru, Almaniya millisinin sabiq hücumçusu Mario Qomesin də rolu olub. Nyu-York klubunu Sandro Şvarts çalışdırır.
Qeyd edək ki, Çoupo-Motinqin son klubu olan “Bavariya”da 4 mövsüm keçirib və ötən mövsümün sonunda oradan ayrılıb.