PSJ-nin futbolçuları baş məşqçi Luis Enrikedən narazıdı. Matc.az xəbər verir ki, bu, komandanın soyunub-geyinmə otağında gərginliyə yol açıb.

Komandanın bir hissəsi ispaniyalı mütəxəssisin qərarlarını anlamaqda çətinlik çəkir. Digərləri isə onu ədalətsiz hesab edir. Ən çox narazılıq bildirənlər Fabian Ruiz, Usman Dembele, Bredli Barkola və Presnel Kimpembedi.

Qeyd edək ki, PSJ 13 turdan sonra 33 xalla Liqa 1-də turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest