Bu gün avrokuboklarda 2026/27 mövsümünün ilk püşkatma mərasimi keçiriləcək.
Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.
UEFA-nın rəsmi təqviminə əsasən, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə klubların ilk rəqibləri müəyyənləşəcək.
Bildirilir ki, sabah - iyunun 17-də isə turnirlərin II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.
Püşkatmada ölkə çempionu "Sabah" Çempionlar Liqasının, "Qarabağ" isə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibini tanıyacaq.
Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaqlar.
Püşkatma zamanı "Qarabağ" və "Zirə" güclülər (səpələnmişlər), "Neftçi" isə zəiflər (səpələnməmişlər) səbətində yer alacaq.
Qeyd edək ki, yeni reqlamentə əsasən, Çempionlar Liqasında ilk oyunlar 7-8 iyulda, Avropa və Konfrans Liqasında isə 9 iyulda start götürəcək.













