Türkiyə Superliqasında mübarizə aparan "Adana Dəmirspor" komandası cəzalandırılıb.

Matc.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası qərar verib. Cəzanın verilməsinə səbəb Adana təmsilçisinin maliyyə öhdəliklərini yerinə yetirməməsidir. Klub ona verilən vaxtda yaranmış problemi həll edə bilməyib.

Bu səbəbdən TFF "Adana Dəmirspor"un 3 xalının silinməsinə qərar verib.

Qeyd edək ki, hazırda klub 13 oyundan -1 xalla Superliqada 18 komanda arasında sonuncu yeri tutur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest