Yaponiya millisinin və "Qalatasaray"ın keçmiş futbolçusu Dzyuniti İnamoto karyerasını bitirib.

Matc.az xəbər verir ki, 45 yaşında futbolla vidalaşan oyunçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qalatasaray"ın heyətində 2006/2007 mövsümündə çıxış edən İnamoto Türkiyədə forma geyinən ilk yaponiyalı futbolçu olub. O, İstanbul klubunda 34 matçda 1 qol vurub.

Qeyd edək ki, İnamoto son olaraq ölkəsinin "Nankatsu" klubunda çıxış edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest