Qış fasiləsinə 3-cü pillədə yollanan “Turan Tovuz” mövsümün ikinci yarısına hazırlığını Antalyada davam etdirir. Matc.az xəbər verir ki, komandanın düşərgəsinə artıq bir yeni futbolçu qoşulub.
Söhbət sezonun ilk 2 dövrəsini “Sumqayıt”da keçirmiş Rəhim Sadıxovdan gedir. Tovuzluların heyətinə cəlb etdiyi yarımmüdafiəçi hazırda Antalya toplanışındadı. Onun “Turan Tovuz”a keçidi yaxın günlərdə rəsmən açıqlanacaq.
Sadıxovu sıralarına cəlb edən Qərb təmsilçisi daha bir yerli oyunçu ilə güclənmək üzrədi. Belə ki, “Kəpəz”in hücumçusu Orxan Əliyev böyük ehtimalla karyerasını “Turan Tovuz”da davam etdirəcək. Tovuzluların baş məşqçisi Kurban Berdıyev rəhbərliklə söhbətində Orxanın transferini tələb edib. Onun israrından sonra rəhbərlik Əliyevlə danışıqlara başlayıb. Danışıqlar müsbət nəticələnmək üzrədi.