"Real" üç əsas futbolçusu İspaniya Superkubokunun finalında "Barselona" ilə oyunu buraxa bilər. 

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Cud Bellingem, Federiko Valverde və Luka Modriç yanvarın 12-dən 13-nə keçən gecə keçiriləcək həlledici oyunu buraxmaq riski ilə üzləşiblər. Bellingem və Valverde əzələ gərginliyinə görə qarşıdakı oyunda oynamaya bilər. Modriçin isə virus xəstəliyi səbəbindən oynamayacağı gözlənilir. 

Qeyd edək ki, "Barselona" və "Real" arasında İspaniya Superkubokunun final oyunu yanvarın 12-də Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest