Tanınmış ukraynalı boksçu Vladimir Kliçko karyerasını bərpa edə bilər. Matc.az xəbər verir ki, bu barədə onun meneceri Tom Loffler məlumat verib.

O, Kliçkonun 8 illik fasilədən sonra idmana qayıtmağa hazır olduğunu deyib. Məlum olub ki, ukraynalı idmançı Corc Formanın rekordunu qırmaq niyyətindədi. Kliçko bu yaxınlarda karyerasını bitirən Tayson Fyuri ilə döyüşmək istəyir.

Qeyd edək ki, 48 yaşlı Kliçko 2017-ci ildə britaniyalı Entoni Coşuaya məğlub olandan sonra karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest