25 Yanvar 2025, 15:38
FUTBOL
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, gələn mövsüm komandası indiki ilə müqayisədə daha yaxşı nəticələr göstərməyə başlayacaq.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın hazırkı vəziyyətindən danışıb.
"Üç ay əvvəl hiss etdim ki, bu mövsüm əziyyət çəkəcəyik və belə də oldu. Yenə də belə olacaq. Biri deyir "İpsviç Taun"la oyundan sonra qayıtdılar, və ya "Lester"lə görüşdən sonra onlar geri qayıtdılar. Buna cavab vermək istəyirəm ki, komandaya hələ vaxt lazımdır. Gələn mövsümdə həqiqətən də geri dönəcəyik. İndi əsas məqsəd ayaqda qalmaq və Çempionlar Liqasına vəsiqə qazanmaqdır".
Qeyd edək ki, Premyer Liqanın 22 turundan sonra "Mançester Siti"nin 38 xalı var və 5-ci yerdədir.