03 Fevral 2025, 10:07
FUTBOL
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasının antirekorduna imza atıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin çalışdırdığı komanda ilk dəfə mövsüm ərzində ardıcıl 4 oyunda ən azı 4 qol buraxıb.
54 yaşlı mütəxəssisin çalışdırdığı “şəhərlilər” son olaraq İngiltərə Premyer Liqasının XXIV turunda “Arsenal”a səfərdə 1:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Mançester Siti” bu mövsüm PSJ (2:4), “Tottenhem” (0:4) və “Sportinq”lə (1:4) matçlarda 4 qol buraxıb. Qvardiola daha əvvəl “Bavariya” və “Barselona”ya rəhbərlik edib.