04 Fevral 2025, 09:40
FUTBOL
“Beşiktaş” rəhbərliyi komandanın yarımmüdafiəçisi Moatasem Əl-Musratini icarəyə göndərib. Matc.az xəbər verir ki, liviyalı futbolçu karyerasını “Monako”da davam etdirəcək.
Razılaşmaya əsasən, o, cari mövsümün sonunadək icarə əsasında “Beşiktaş”ın formasını geyinəcək.
Qeyd edək ki, Əl-Musrati bu mövsüm “Beşiktaş”ın heyətində 25 oyunda 2 dəfə fərqlənib.