04 Fevral 2025, 13:40
FUTBOL
"Əl-Nəsr" Asiya Çempionlar Liqasında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Vasl" klubuna 4:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, görüşdə dubl edən Kriştianu Ronaldo oyundan sonra maraqlı açıqlama verib.
O, özünü tarixin ən yaxşı futbolçusu hesab etdiyini bildirib: "Mən bütün zamanların ən yaxşı futbolçusuyam. Rəqəmlər yalan danışmaz. Üstün cəhətlərim çoxdur. Həm sürətli, həm də güclüyəm. Sağ ayaq, sol ayaq və başla qollar vururam. Futbol tarixində heç kim məndən daha yaxşı olmayıb".
Qeyd edək ki, Ronaldo karyerası ərzində 925 qola imza atıb.