04 Fevral 2025, 16:25
FUTBOL
“Atalanta” “Monza”nın yarımmüdafiəçisi Daniel Maldinini heyətinə qatıb. Matc.az xəbər verir ki, Berqamo təmsilçisi rəsmi saytı vasitəsilə keçidi açıqlayıb.
Transferin “Atalanta”ya 10 milyon avroya başa gəldiyi bildirilir. 23 yaşlı pleymeykerlə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, “Milan”ın yetirməsi olan Daniel Maldini “rossonyerlər”in əfsanəvi kapitanı Paolo Maldininin oğludur.