Milli Gimnastika Arenasında keçirilən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar.
 
Matc.az xəbər verir ki,  ilk yarış günündə qadınlar və kişilər arasında 5 çəki dərəcəsində qaliblər bəlli olub. Kişilər arasında -60 kq çəkidə Əhməd Yusifov bürünc medal uğrunda ukraynalı cüdoçu Dilşot Xalmatovla qarşılaşıb. Rəqibinin üç şido alaraq uduzması Yusifova bürünc medal gətirib. Eyni çəkidə yarışan Balabəy Ağayev isə günü 5-ci yerlə tamamlayıb. 
 
-66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov üçüncü yer uğrunda Özbəkistan təmsilçisi Azizbek Ortikovla üz-üzə gəlib. Ortikovun üç şido ilə məğlub olması Əsədova bürünc medal qazandırıb.
 
Qadınlar arasında -57 kq. çəkidə Fidan Əlizadə 7-ci yerdə qərarlaşıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest