“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “qara siyahı”sını müəyyənləşdirib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis 3 futbolçu ilə yolların ayrılmasının tərəfdarıdı.

O, yarımmüdafiəçilər Kevin de Bruyne, Bernardo Silva və İlkay Gündoğanın gedişinin yeni transferlər üçün imkan yaradacağını düşünür. Hətta digər yarımmüdafiəçi Fil Fodenin də taleyi sual altındadı. “Real” və “Bavariya”nın gündəmində olan Fodeni “şəhərlilər” 150 milyon avroya satmağa hazırdı.

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşır və lider “Liverpul”dan 16 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest