“Nyukasl”ın hücumçusu Aleksander İsak Avropa nəhənglərinin diqqətini çəkməkdə davam edir. Matc.az xəbər verir ki, daha bir klubu 25 yaşlı forvard uğrunda mübarizəyə qoşulub.

Belə ki, “Liverpul” İsveç millisinin futbolçusunu heyətinə qatmaqda maraqlıdı. “Qırmızılar” rəqiblərini qabaqlamaq üçün vaxt itirmədən danışıqlara başlayıb. “Mersisaydlılar” mövsümün sonunda Darvin Nunyesi onunla əvəzləməyi düşünür.

Qeyd edək ki, Aleksander İsak bu mövsüm 28 oyunda 19 qol vurub, 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest