Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Cənubi Koreyanın “Seul” klubuna keçidi baş tutmaya bilər. Matc.az xəbər verir ki, bunu “Nürnberq”in İdarə Heyətinin üzvü Joti Çatzialexiu deyib.

Klub rəsmisinin sözlərinə görə, Emrelinin mövsümün sonuna qədər Almaniya təmsilçisində qalması istisna deyil. Çatzialexiu bunun “Seul”dan gələcək təklifdən asılı oladuğunu bildirib: “Emreli artıq komanda ilə birgə məşqlərə qayıdıb. Cənubi Koreya təmsilçisi bizimlə yenidən əlaqə saxlamasa, Mahir “Nürnberq”də qalacaq”.

Qeyd edək ki, yayda Zaqreb “Dinamo”sundan II Bundesliqa klubuna keçən Mahir Emrelinin müqaviləsi yaya qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest