12 Mart 2025, 16:56
FUTBOL
Ulduz futbolçu Kriştianu Ronaldo və sabiq tennisçi Rafael Nadalın sərmayə qoyduğu restoran bağlanıb. Matc.az xəbər verir ki, Madriddə yerləşən və makaronları ilə məşhur olan italyan restoranı “Toto” üç il fəaliyyət göstərib.
“Toto” Nadal, Ronaldo, həmçinin ispan basketbolçular Rudi Fernandes və Pau Qasolun da daxil olduğu “Tatel Group”un bir hissəsi idi.
Qeyd edək ki, “Tatel Group”un Dubay və Əbu-Dabi şəhərlərində də restoranları mövcuddur.