Cari mövsümdə İngiltərə Premyer Liqasının ən sürətli futbolçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, "Liverpul"un vingeri Bredli Barkolya saatda 35,9 kilometr maksimal sürət yığaraq çempionatın ən yaxşı göstəricisinə imza atıb. İkinci pillədə saatda 35,4 kilometr sürətlə "Mançester Yunayted"in hücumçusu Brayan Mbemo qərarlaşıb.

Turnirin ilk onluğuna daxil olan digər oyunçuların siyahısı belədir: Qonsalo Qarsiya ("Fulhem"), Milan van Eveyk ("Koventri"), Pedru Netu ("Çelsi"), Robinyo Vas ("Xall Siti") – 35,3 km/saat; Ceykob Mörfi ("Nyukasl"), Kristoffer Ayer ("Brentford"), Matias Fernandes Pardo ("Nyukasl") və Rayan Roşa ("Bornmut") – 35,1 km/saat.

Meydan oyunçuları arasında ən aşağı maksimal sürəti isə "Tottenhem"in müdafiəçisi Tosin Adarabioyo (21,4 km/saat) nümayiş etdirib. Ondan daha yavaş qaçanlar isə yalnız 3 qapıçı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest