Artyom Dzyuba Rusiya millisinin heyətində ən çox qol vuran futbolçu rekordunu qırıb. Matc.az xəbər verir ki, hücumçu Qrenada yığması ilə keçirilən yoldaşlıq görüşündə fərqlənməklə buna nail olub.

Millidə 31-ci qolunu vuran Dzyuba Aleksandr Kerjakova məxsus 30 qolluq rekordu yeniləyib. Kerjakov 92 matçda bunu bacarıbsa, Dzyubaya cəmi 56 görüş kifayət edib.

Qeyd edək ki, Rusiya yığması Qrenadanı 5:0 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest