“Məmnuniyyətlə Rusiyaya qayıdaram".

"Neftçi"nin sabiq çalışdırıcısı Miodraq Bojoviç yenidən Rusiya Premyer Liqasında işləmək arzusundadı. Matc.az xəbər verir ki, monteneqrolu mütəxəssis nəvaxtsa bu ölkəyə qayıda biləcəyini deyib.

“Məmnuniyyətlə Rusiyaya qayıdaram. Bu illər ərzində boş qalmamışam. Həmişə işim olub deyə, Rusiyaya dönmək imkanı olmayıb”, - deyə Bojoviç bildirib.

Qeyd edək ki, hazırda İranın “Esteqlal” klubunu çalışdıran Miodraq Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin yayınadək “Neftçi”nin “sükanı arxasında” olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest