"Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının final görüşündə qələbə qazana bilsə, futbolçulara yüksək məbləğdə mükafat ödəniləcək. Matc.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, "topçular"ın rəhbərliyi astronomik məbləğ boyun olub.

Belə ki, komanda həlledici qarşılaşmada "çelsi" üzərində qələbə qazansa, oyunçulara ümumilikdə 10 milyon funt-sterlinq mükafat veriləcək. Həmçinin Unay Emerinin başçılıq etdiyi məşqçilər korpusu da müqavilədəki bəndə əsasən mükafatlandırılacaq.

Rəhbərliyin bu qədər məvacib ayırmasında səbəb "Arsenal"ın çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasının bu qarşılaşmadan asılı olmasıdı. Belə ki, komanda mayın 29-da Bakı Olimpiya Stadionundakı görüşdə məğlub olarsa, növbəti mövsüm çempionlar Liqasından kənarda qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest