27 Mart 2025, 14:47
FUTBOL
“Real” rəhbərliyi komandanın futbolçularını mükafatlandırmaq qərarına gəlib. Matc.az xəbər verir ki, buna Madrid klubunun UEFA Çempionlar Liqasında 1/4 finala yüksəlməsi səbəb olub.
Bu nəticəyə görə “Real”ın hər bir oyunçusu 250 min avro bonus alıb.
Qeyd edək ki, Çempionlar Liqasının son qalibi olan “Real” turnirin 1/4 finalında “Arsenal”la üz-üzə gələcək.