27 Mart 2025, 17:20
FUTBOL
“Arsenal” rəhbərliyi komandanın müdafiəçi Qabriel dos Santosla əməkdaşlığı uzun müddət davam etdirməkl niyyətindədi. Matc.az xəbər verir ki, “topçular” 27 yaşlı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşırlar.
Dos Santosun Səudiyyə Ərəbistanı klublarının maraq dairəsində yer alması London klubunu ehtiyatlı davranmağa məcbur edir. Onlar təcrübəli müdafiəçini itirmək riski ilə üzləşməmək üçün onun sözləşməsinin müddətini uzatmağı planlaşdırırlar.
Qeyd edək ki, Qabriel 2020-ci ildən “Arsenal”ın uğurları üçün çalışır.