Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, turun bir qarşılaşması UNEC VK-nın idman zalında UNEC və "Abşeron" komandaları arasında olub. Görüş "Abşeron" klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada "Murov Az Terminal" komandası "AZERRAIL"lə, "Milli Aviasiya Akademiyası" klubu isə "Gəncə" ilə üz-üzə gəlib.

"Murov Az Terminal" – "AZERRAIL" oyununda qalib 4 setdə müəyyən olunub. "AZERRAIL" rəqibini 3:1 hesabı ilə məğlub edib.

Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə "Gəncə" 3:2 hesabı ilə qələbə qazanıb.

Yüksək Liqa
XVII tur
27 mart

UNEC – "Abşeron" - 0:3 (8:25, 11:25, 10:25)

"Murov Az Terminal" – "AZERRAIL" - 1:3 (23:25, 26:28, 25:11, 15:25)

"Milli Aviasiya Akademiyası" – "Gəncə" - 2:3 (24:26, 25:16, 16:25, 27:25, 15:17)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest