AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Macarıstan yığmasının heyətində ixtisar baş verib. Bunu komandanın baş məşqçisi Marko Rossi deyib. O, 3 futbolçunun heyətdən kənarlaşdırıldığını söyləyib.

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Macarıstan yığmasının heyətində ixtisar baş verib. Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Marko Rossi deyib.

O, yerli mətbuata açıqlamasında 3 futbolçunun heyətdən kənarlaşdırıldığını söyləyib. Bunlar yarımmüdafiəçi Daniel Qazdaq ("Honved"), hücumçular Adam Bodi ("Debretsen") və Marton Eppeldi ("Kayrat", Qazaxıstan). Adıçəkilən oyunçular mayın 27-də başlayacaq toplanışa qatılmayacaqlar.

İtaliyalı mütəxəssis 4 futbolçu ilə bağlı da problem yaşadıqlarını bildirib: "Təəssüf ki, "Leypziq" və "Kanzas Sportinq" futbolçularını yalnız iyunun 2-də buraxmağa razıdılar. Ancaq bu bizim planlarımızı pozur. "Leypziq"in qapıçısı Peter Qulaşi, müdafiəçisi Orban Villi, həmçinin "Kanzas Sportinq"in müdafiəçi Barat Botond və hücumçusu Kristian Nemets komandaya gec qoşulacaq".

Müdafiəçi Tamaş Kadar isə zədədən əziyyət çəkir. Kiyev "Dinamo"sunun üzvü fizioterapevt nəzarətində bərba prosesi keçir.

Rossi bildirib ki, Bakıya yollanacaq yekun heyəti gələn həftə açıqlayacaq.

Qeyd edək ki, iyunun 8-də Azərbaycan millisinin qonağı olacaq macarlar bundan 3 gün sonra Uelsi qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest