14 Aprel 2025, 14:10
ÇEMPİONLAR LİQASI
"Bavariya" Çempionlar Liqası 1/4 final mərhələsinin "İnter"lə cavab görüşünə ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, qapıçı Manuel Noyer vacib görüşlə komandaya kömək edə bilməyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.
39 yaşlı qolkiper zədə səbəbindən İtaliyadakı matçda iştirak etməyəcək.
Qeyd edək ki, "İnter" - "Bavariya" qarşılaşması 16 aprel tarixində, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Münhendə baş tutan ilk oyunda italyanların 2:1 hesablı qələbəsi qeydə alınıb.