14 Aprel 2025, 15:34
FUTBOL
"İnter Mayami"nin hücumçusu Luis Suares KONKAKAF Çempionlar Kubokunun 1/4 finalında "Los Anceles"lə keçirilən cavab matçında (3:1) neqativ hərəkəti ilə gündəmə gəlib. Matc.az xəbər verir ki, uruqvaylı forvard komanda yoldaşı Jordi Albanı dişləyib.
89-cu dəqiqədə iki komandanın futbolçuları arasında əlbəyaxa dava yaşanıb. Bu zaman Suares bilmədən Albanın əlini dişləyib.
Qeyd edək ki, Suares bunadək Otman Bakkal, Branislav İvanoviç və Corcio Kyellinini dişləməsi ilə gündəmə gəlib.