15 Aprel 2025, 12:54
FUTBOL
"Liverpul"un futbolçusu Luis Dias komandadan ayrıla bilər.
Matc.az İngiltərə nmətbuatına istinadən xəbər verir ki, kolumbiyalı vingerə təkliflər var.
"Liverpul" futbolçusunu satmağın əleyhinə deyil. Premyer Liqa klubu 28 yaşlı oyunçuya 60 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Liverpul" Luis Diası 2022-ci ilin yanvar ayında "Portu"dan transfer edib. Kolumbiya millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində keçirdiyi 45 rəsmi matçda 15 qol vurub, 8 məhsuldar ötürmə edib.