"Barselona" ilk dəfə yüz ildən çox bir müddətdən sonra mövsümə ardıcıl on qələbə ilə başlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Hans-Diter Flikin yetirmələri yubiley qələbəsini Çempionlar Liqasının II turunda rəsmiləşdiriblər. İspaniya komandası səfərdə "Qalatasaray"ı 4:1 hesabı ilə darmadağın edib.
Sonuncu dəfə "Barselona" buna 1923/24 mövsümündə nail olub. Həmin vaxt komanda çempionatda ilk on oyunda qələbə qazanmağı bacarıb. Bundan sonra isə İspaniya Kubokunda daha üç matçda qalib gəliblər. Beləliklə, ümumi rekord 13 qarşılaşmadan ibarətdir.
Qeyd edək ki, cari mövsümdə "Barselona" keçirdiyi bütün oyunlarda ümumi 43:9 hesabı ilə qələbə qazanıb. Növbəti matçını isə onlar oktyabrın 17-də "Betis"ə qarşı keçirəcəklər.













