"Barselona" klubu növbəti mövsümün əvvəlində “Kamp Nou" stadionuna qayıda bilər. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin sentyabr ayında yenidən doğma arenada meydana çıxmaq ehtimalı yüksək dəyərləndirilir.

Belə ki, klubdakı yenidənqurma işlərinin sentyabrda başa çatacağı gözlənilir. Bütün işlər yekunlaşandan sonra arenanın tamaşaçı tutumu 105 min nəfər olacaq.

Qeyd edək ki, "Kamp Nou" 2023-cü ildən təmirə bağlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest