22 Aprel 2025, 19:20
DÖYÜŞ NÖVLƏRİ
Avropa çempionatında çıxış edəcək cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb. Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
Onun əvəzinə Rəşid Məmmədəliyev yığmada olacaq.
cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 23-27-si aralığında Monteneqroda keçiriləcək