22 Aprel 2025, 14:11
FUTBOL
Bu gün AFFA-nın baş katibi Cahangir Fərəcullayev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
AFFA-nın inzibati binasında baş tutan görüşdə futbol sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları müzakirə edilib. Səfir 2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil ediləcək dünya çempionatı barədə ümumi məlumat verib, azərbaycanlı azarkeşləri mundial zamanı ölkələrində görməkdən məmnun olacaqlarını bildirib.