22 Aprel 2025, 14:57
FUTBOL
"Bavariya" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Matc.az xəbər verir ki, Bundesliqa klubu "Fiorentina"da çıxış edən Moyze Kinlə maraqlanır. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.
İtaliyalı hücumçunun klubu ilə müqaviləsində 1-15 iyul tarixləri arasında keçərli olacaq 50 milyon avroluq sərbəstqalma maddəsi var. "Bavariya" bu məbləği ödəyib 25 yaşlı forvardı heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Moyze Kin bu mövsüm "Fiorentina"nın heyətində 39 oyun keçirib, 23 qol vurub və 3 qol ötürməsi edib.