"Roma" və "Milan" komandalarına rəhbərlik etmək üçün "Real"ın baş məşqçisi Karlo Ançelotti ilə əlaqə saxlayıb.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, 65 yaşlı mütəxəssis İtaliyadan gələn təklifləri nəzərdən keçirməyə hazırdır. Hər iki klubun Ançelottidən cavab gözlədiyi vurğulanır.

Xatırladaq ki, Ançelotti İtaliyada "Rejina", "Parma", "Yuventus", "Milan" və "Napoli"nin baş məşqçisi vəzifəsində çalışıb.

İtaliyalı mütəxəssisin cari mövsümün sonunda Madrid klubu ilə yollarını ayıracaqğı gözlənilir. Ançelottinin "Real" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest