23 Aprel 2025, 00:01
FUTBOL
Türkiyə Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.
Matc.az xəbər verir ki, ilk yarımfinal qarşılaşmasında "Konyaspor" "Qalatasaray"la üz-üzə gəlib.
İstanbul təmsilçisi 5:1 hesabı ilə qələbə qazanaraq finala adlayan tərəf olub.
Qeyd edək ki, finalda "Qalatasaray"ın rəqibi, aprelin 24-də baş tutacaq "Trabzonspor" – "Göztəpə" matçının qalibi olacaq.
Türkiyə Kuboku
Yarımfinal
22 aprel
"Konyaspor" – "Qalatasaray" – 1:5
Qollar: Pedrinyo, 53 // Osimhen, 26, Torreyra, 42, Şallayi, 47, 55, Demir, 90+1