"Borussiya"nın qapıçısı Qreqor Kobel kaeyerasını İngiltərədə davam etdirə bilər.

Matc.az "Mercato"ya istinadən xəbər verir ki, "Çelsi" və "Nyukasl" isveçrəli qolkiperi transfer etmə istəyir.

Premyer Liqa klubları artıq Kobelin meneceri ilə danışıqlara başlayıb. Qarşıdakı günlərdə Londonda danışıqlara davam edəcək. Almaniya klubu qapıçısını satmağın əleyhinə deyil.

Qeyd edək ki, "Borussiya" Qreqor Kobeli 2021-ci ildə "Ştutqart"dan transfer edib. İsveçrə millisinin üzvü olan 27 yaşlı "əlcək sahibi" bu mövsüm Dortmund təmsilçisinin heyətində 43 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest