"Neftçi" qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər.

"Turan Tovuz" Misli Premyer Liqasının 34-cü turunda doğma meydanda "Neftçi"yə 1:2 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Neftçi" qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər.

- Bu mövsüm "Neftçi" məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?

- "Neftçi" seçilmiş futbolçulardan ibarət olan komandadır.

- 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?

- Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.

- Hakim idarəçiliyi sizi qane etdi?

- Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.

- Bu heyət avrokuboklar üçün yetərlidir?

- Yox.

- Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?

- Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest