"Mançester Yunayted" "Bavariya"nın 29 yaşlı yarımmüdafiəçisi Joao Palhinya ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, Münhen klubu portuqaliyalı futbolçunu satmağa hazırdır və 30 milyon avro məbləğində təklifləri nəzərdən keçirəcək. "Qırmızı şeytanlar" Palhinyaya komandanın yarımmüdafiəsini gücləndirmək üçün iqtisadi cəhətdən sərfəli variant kimi baxırlar.

Qeyd edək ki, ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 matçda iştirak edib, qol vurmayıb. 29 yaşlı yarımmüdafiəçisinin klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərədə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 30 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest