"Tottenhem" avstraliyalı baş məşqçi Anje Postekoqlu ilə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Postekoqlu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Postekoqlunun istefası ilə bağlı söz-söhbətlər yazda ortaya çıxdı və hətta komandaya növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə verən Avropa Liqasındakı qələbə də çalışdırıcını xilas edə bilmədi.

Postekoqlou 2023-cü ildən "Tottenhem"i çalışdırırdı. Onun rəhbərliyi altında ötən mövsüm "Tottenhem" Premyer Liqada son illərin ən aşağı nəticəsini göstərərək cəmi 17-ci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest