İtaliya millisi və "Arsenal"ın sabiq yarımmüdafiəçisi Jorginyo Braziliyanın "Flamenqo" klubu ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu "qırmızı-qaralar"la 2028-ci ilin yayına kimi müqavilə imzalayıb. O, yeni klubunda 21 nömrə altında çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm Jorginyo "Arsenal"ın heyətində bütün turnirlərdə 27 oyun keçirib və 1 qol vurub. "Transfermarkt" portalında futbolçunun dəyəri 8 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest