"Yuventus" serbiyalı hücumçu Duşan Vlahoviçin transferi üçün "Fənərbaxça"nın təklifini nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Sportmediaset" məlumat yayıb.

İstanbul klubu forvardın transferi üçün 30 milyon avro ödəməyə hazırdır və futbolçunun özünə illik 10 milyon avroya yaxın maaşla müqavilə təklif olunub.

Vlahoviçin gələcəyi ilə bağlı qərar tezliklə verilməlidir, çünki "Yuventus" tezliklə klublararası dünya çempionatında oynayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest