21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Monteneqro millisi ilə üz-üzə gəlib. 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Qeyd edək ki, millimiz iyunun 4-də səfərdə Belarus yığmasına 3:1 hesabı ilə uduzub.

Yoldaşlıq oyunu
U-21

Azərbaycan – Monteneqro - 0:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest