08 İyun 2025, 12:20
FUTBOL
"Əl-Nəsr" hücumçusu Sadio Maneyə yayda klubu tərk edə biləcəyini bildirib. Səudiyyə klubu seneqallı futbolçuya əvəzləyici axtarır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Mirror" yayıb.
"Əl-Nəsr" "Mançester Yunayted"in cinah oyunçusu Alexandro Qarnaço ilə müqavilə imzalamaq istəyir, lakin heyətdəki əcnəbi oyunçuların sayı limitini keçə bilməz. Bu səbəbə görə, Mane ilə yolları ayırmağı düşünür.
Qeyd edək ki, ötən mövsüm Mane "Əl-Nəsr"in heyətində 47 oyun keçirib, 18 qol vurub və 14 məhsuldar ötürmə edib.