"Aparıcı futbolçuların Bakıdakı qarşılaşma üçün güclərini qorumasına çalışacağıq. Azərbaycanla oyun bizim üçün çox əhəmiyyətli olacaq. Bakıda xal itirən komanda final mərhələsinə vəsiqə yolunda problem yaşayacaq".

"İordaniyaya qarşı geniş heyətə yer veriləcək. İlk növbədə bu görüşdə oyunçuları iş başında görəcəm". Matc.az saytının məlumatına görə, bunu Slovakiya yığmasının baş məşqçisi Pavel Hapal deyib.

çexiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyunun heyətini açıqlayıb. Slovakiya Futbol Federasiyasının rəsmi saytına danışan 50 yaşlı çalışdırıcı qarşıdakı oyuna ciddi yanaşdıqlarını bildirib: "Aparıcı futbolçuların Bakıdakı qarşılaşma üçün güclərini qorumasına çalışacağıq. Azərbaycanla oyun bizim üçün çox əhəmiyyətli olacaq. Bakıda xal itirən komanda final mərhələsinə vəsiqə yolunda problem yaşayacaq. Bunu beynimizə həkk etməliyik. Hətta görüşün mövsüm başa çatdıqdan sonra keçirilməsinin belə, münasib olmamasına baxmayaraq".

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü iyunun 11-də "Bakcell Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest