09 İyun 2025, 11:34
FUTBOL
"Verona"nın müdafiəçisi Dieqo Koppola İngiltərə Premyer Liqasında çıxış edəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Brayton" İtaliya millisinin üzvünün transferini yekunlaşdırmaq üzrədir. İngiltərə klubu mərkəz müdafiəçisi üçün 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Dieqo Koppola "Verona"nın yetirməsidir. 21 yaşlı futbolçu ötən mövsüm komandanın heyətində keçirdiyi 35 oyunda 2 qol vurub.