09 İyun 2025, 11:59
FUTBOL
"Roma"nın müdafiəçisi Anxelinyo Səudiyyə Ərəbistanına yollana bilər.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
"Əl-Hilal" ispaniyalı sol cinah müdafiəçisini transfer etmək istəyir. Ərəblər futbolçu üçün İtaliya klubuna 20 milyon avroluq rəsmi təklif göndərib.
Qeyd edək ki, "Roma" Anxelinyonu ötən ilin yanvar ayında "Leypziq"dən transfer edib. 28 yaşlı oyunçu ötən mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 51 oyunda 4 qol vurub, 6 qol ötürməsi edib.