"Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq. Milli komanda səviyyəsində asan oyun yoxdur"

Macarıstan milli komandası sabah Azərbaycanla yoldaşlıq oyununda üz-üzə gələcək.

Matc.az xəbər verir ki, macarların baş məşqçisi Marko Rossi matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İsveç millisi ilə matçdan sonra növbəti önəmli oyundur. Gözləntiləriniz nədir?

- Fərqli oyun gözləyirik. Rəqib komanda qələbə qazanmaq istəyir. Son 5 oyunda onların 2 heç-heçəsi var. Rəqib öz üzərinə düşəni etməyə çalışacaq.

- Heyətdə itkilər var?

- Əlimizdə olan futbolçularla oynayacağıq.

- Qapıda kim olacaq?

- Yoldaşlıq oyunlarında bütün qapıçılara şans veririk. Denes Dibuş səhv etdiyi üçün kənarda qalmayacaq. Sadəcə sabah start heyətində Balaş Tot olacaq. Çünki onu da görmək istəyirik.

- 6 il öncə Azərbaycan millisi ilə qarşılaşmısız. Həmin zamanla müqayisədə nələr dəyişib?

- Çox şey dəyisib. Komandamız yenidir. Buradakı oyun çətin olmamışdı. 2:0 hesablı qələbə qazanmışdıq. Amma Macarıstandakı matç daha çətin keçmişdi. Biz TOP komanda deyilik. Elə vəziyyətdə deyilik ki, digər rəqiblərə yuxarıdan aşağı baxaq. Azərbaycana qarşı oynamaq bizim üçün asan olmayacaq. Milli komanda səviyyəsində asan oyun yoxdur. Sabah topa daha çox nəzarət etməliyik.  (Sportal.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest